Eyni anda həm Windows, həm də Android işlədən telefon - Nebulus

Eyni anda həm Windows, həm də Android işlədən telefon - Nebulus

İngiltərədə yerləşən Emperion adlı şirkət, eyni anda həm Android, həm də Windows əməliyyat sistemi ilə işləyən "Nebulus" adlı bir telefon təqdim etdi. Snapdragon 845 prosessorlu telefon, qısa müddət sonra əvvəldən sifariş edilməyə açılacaq.

ABŞ-ın texnologiya nəhəngi Microsoft, geridə dəfələrlə, Windows əməliyyat sistemini smartfonlara tətbiq etmək istədi. Ancaq Microsoft şirkətinin cəhdləri çox təəssüf ki, istehlakçıların rəğbətini qazana bilmədi. İstər ƏS-də tətbiqetmələrin sayının istənilən səviyyədə olmaması, istərsə də istehlakçıların Windows ƏS-dən çox iOS və Android platformasına yönəlmələri, Microsoft şirkətini smartfon sektorundan çıxardı.

İndi sizlərə, Emperion adlı bir şirkət tərəfindən yaradılmış xüsusi bir smartfondan bəhs edəcəyik. "Nebulus" kimi adlandırılan bu smartfon, Windows 10 əməliyyat sisteminə sahibdir. Ancaq Nebulus modeli təkcə Windows 10 ilə işləmir. Emperion şirkəti bu telefon üçün elə bir sistem qurub ki, smartfon eyni anda həm Android, həm də Windows 10 işlədir.

Bu telefon, ARM arxitektura üzərinə qurulmuş müasir bir cihazdır və Android tətbiqlərini Windows üzərindən işlətmir. Yəni yaradıcı qrup, hər iki əməliyyat sistemini eyni anda istifadə edə biləcəyiniz bir sistem yaratdı.

Nebulus smartfonu 6.19 düym böyüklüyündə bir ekrana sahibdir. Arxa tərəfində 2 ədəd 13 MP kamera, ön tərəfində isə 10.5 MP kamera var.

Milli.Az

Mənbə: news.milli.az