Məşhur TikToker-lər hər paylaşıma görə, 1,7 milon manat qazana bilərlər – PROQNOZ

Məşhur TikToker-lər hər paylaşıma görə, 1,7 milon manat qazana bilərlər – PROQNOZ

TikTok hazırda gənclər və yeniyetmələr arasında ən populyar sosial media platformasıdır.


TED.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, platforma təkcə Google Play Store-da 500 milyon dəfədən çox yüklənib.


Sosial media platformalarının gənclər arasında populyar olmasının səbəblərindən biri də yaxşı gəlir gətirmələridir. TikTok-un da bu məsələdə olduqca böyük potensialı var.


Bazar araşdırmaçıları məşhur TikTok istifadəçilirinin markalarla əməkdaşlıq etməklə hər paylaşım üçün 200 min dollara yaxın (təxminən 340.000 manat) gəlir əldə edə biləcəklərini deyiblər.


ABŞ-ın texnologiya araşdırma şirkəti Morning Consult-ın mütəxəssisləri TikTok-un çox sürətlə böyüdüyünü və gələn ilədək məşhur istifadəçilərin hər paylaşıma görə, 1 milyon dollar (təxminən 1,7 milyon manat) qazana biləcəklərini vurğulayıblar.

Araşdırmaçılar 17 yaşlı müğənni Loren Qreyin hər paylaşıma görə, 197.000 dollar (təxminən 334.900 manat) qazana biləcəyini düşünürlər. Gənc müəğənninin TikTok-da 39,4 milyon təqibçisi var. Hər gün video paylaşan və məşhurluğu sayəsində albom şirkətləri ilə müqavilə imzalayan L.Qreyin paylaşımları ümumilikdə 2 milyarddan çox bəyənmə toplayıb.


Pomeranian cinsli itin səhifəsi olan Jiffpom-un isə 20 milyon təqibçisi var. Bu, eyni səhifənin Instagram profilindəki təqibçi sayından təxminən 2 dəfə çoxdur. Hesabatda qeyd olunur ki, Jiffpom-un hər paylaşıma görə, 100.000 (təxminən 170.000 manat) dollar qazanacağı proqnozlaşdırılır.

Mənbə: ted.az