Kanada polisindən Tesla Cybertruck paylaşımı – İlon Mask susqunluğunu qoruyur

Kanada polisindən Tesla Cybertruck paylaşımı – İlon Mask susqunluğunu qoruyur

Ontario Əyalət Polisi elektromobil həvəskarlarını olduqca həyəcanlandıracaq Tesla Cybertruck paylaşımı edib.
TED.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Tesla avtomobillərinin bütün dünyada polis təşkilatları arasında olduqca populyar olduğu üzə çıxıb. Məsələn, Ontario Əyalət Polisi bir neçə ay əvvəl Tesla Model X polis maşını konseptini yayımlamışdı.

İlon Mask da daxil olmaqla elektrokar həvəskarlarının diqqətini çəkməyi bacaran bu addım uzun müddət sosial medanın gündəmində qalmışdı. İndisə sözügedən təşkilat daha həyəcanverici bir paylaşım ilə qarşımıza çıxıb. Tesla elektropikapı olan Cybertruck polis sirenləri ilə təchiz edilmiş şəkildə izləyicilərə təqdim edilib.

Paylaşımda Tesla-nın qurucusu İ.Maskdan polislərə Cybertruck və Model X-dən hansının daha çox yaraşdığı soruşulub. Şirkət rəhbəri hələlik bu suala cavab verməyib.
Şəbəkə istifadəçilərinin çox düşünür ki, bu paylaşımlar sadəcə əyləncə xarakteri daşıyır.
Xatırladaq ki, Tesla-dan alınan Model S elektromobili Fremont Polis Şöbəsi tərəfindan patrul maşını kimi istifadə olunurdu. Lüksemburq Polisi də iki ədəd Sedan Model S-i "arsenal"ına əlavə etmişdi. Bu məsələdəki rekord isə İsveç Polisinə məxsusdur. Belə ki, Bu ölkənin polis sistemində düz 7 ədəd idman üslublu Model X avtomobili var.

Mənbə: ted.az