Dünya bu KƏŞFDƏN DANIŞIR - Nəfəs almayan canlı tapdılar (FOTO)

Dünya bu KƏŞFDƏN DANIŞIR - Nəfəs almayan canlı tapdılar (FOTO)

İsraildən olan elm adamları nəfəs almayan parazit kəşf ediblər.

Publika.az xarici KİV-lərə istinadən xəbər verir ki, balıq paraziti olan salminikola adlı canlının nəfəs yollarının olmadığı sübuta yetirilib. Araşdırmanın nəticələrinə görə, parazitin “DNT”si digər canlılardan önəmli dərəcədə fəqlənir. Maraqlıdır ki, parazitin “DNT”sində önəmli çatışmazlıqlar var.

Alimlər yeni canlı barədə araşdırmaları davam etdirir. Bu kəşf elm dünyasında böyük maraqla qarşılanıb.

Anar Türkeş

Mənbə: publika.az