“Nokia 5310 XpressMusic” - Musiqili əfsanə geri dönür

“Nokia 5310 XpressMusic” - Musiqili əfsanə geri dönür

HMD Global şirkəti Nokia telefonlarını yenidən “həyata qaytarmağa” davam edir.

Open.az xəbər verir ki, sözügedən modellər bir zamanlar rahat idarə və praktik dizaynı ilə istifadəçilərin diqqətini cəlb edərək, ən çox satılan məhsullar sırasında olub. Zaman keçdikcə isə texnoloji mübarizədə digər modellər ilə rəqabət apara bilməyənlərdən biri də, 2007-ci ilin əfsanəsi “Nokia 5310 XpressMusic” adlı model oldu.

Çinli istehsalçı TENAA – öz bazasında “Nokia 5310 XpressMusic” modelini TA-1212 kodu ilə yenidən texno-bazarda təqdim edəcək. Telefonun ümumi dizaynında, narıncı rəngli yan düymələri daxil xüsusi dəyişikliklər edilməsə də, player idarəsi üçün nəzərdə tutulan düymələrdən imtina ediləcək.

“Nokia 5310 XpressMusic” modelinin yeni versiyası - 2,4 düym QVGA-ekran, 0,3 MP kamera, 8/16 MB yaddaş və 1200 mAh tutumlu batareya ilə təchiz olunacaq.Telefonun ümumi çəkisi isə 88 qram ağırlığında olacaq.

Telefonun dəqiq təqdimat vaxtı müəyyən olmasa da sertifikasiyaya nəzərə alsaq yaxın zamanlara təsadüf edəcəyini iddia etmək olar.

Mənbə: open.az