Kosmos uçuşu üçün ödəniləcək məbləğ açıqlandı

Kosmos uçuşu üçün ödəniləcək məbləğ açıqlandı

Kosmos turizm şirkəti "Virgin Galactic"in ilk uğurlu test uçuşundan bəri 8 min rezervasiya aldığını bildirərək bilet satışlarını təkrar başladacağını açıqlanıb.

Primetime.az xəbər verir ki, İngiltərə şirkəti olan "Virgin Galactic"dən verilən açıqlamada bu gündən etibarən kosmos səyahəti qeydlərinin təkrar qəbul ediləcəyi bildirilib. İstəyənlərin internet üzərindən 1000 dollar qarşılığında rezervasiya edə biləcəkləri, 2 saata yaxın davam etməsi gözlənilən kosmos uçuşu üçün isə yerlərin 250 min dollardan satışa çıxarılacağı öyrənilib.

Bundan başqa açıqlamada kosmik gəminin 80 km yüksəkliyə qalxmasının planlaşdırıldığı qeyd olunub. Beynəlxalq Kosmos Stansiyanın yerləşdiyi yüksəkliyin iki qatı olan bu məsafədən dünyanın böyük bir qisminin görüləcəyi bildirilib.

Mənbə: primetime.az