İnsanlara bağlılıq rifahınıza təsir edir - ARAŞDIRMA

İnsanlara bağlılıq rifahınıza təsir edir - ARAŞDIRMA

Alimlər insanların bir-birinə olan bağlılığının onların cibinə necə təsir etdiyini araşdırıb.

“Report” xəbər verir ki, araşdırmanı Arizona Universitetinin tədqiqatçıları aparıb.

Bağlılıq nəzəriyyəsi insanların münasibətdə kədərə necə reaksiya verməsini (məsələn, ayrılıq təhlükəsi zamanı) izah edir. Etibarsız bağlılıq tipinə məxsus insanlar iki ifratçılığı nümayiş edirlər: ya yüksək həyəcan keçirirlər, ya da ifrat dərəcədə çəkinirlər.

Arizona Universitetinin alimləri hər iki ifratçılığın sadəcə romantik münasibətlərdə özünü göstərmədiyini iddia edib. Onların fikrincə, yüksək həyəcan və ifrat dərəcədə çəkinmək insanların maliyyə vəziyyətinə də təsir edir.

Bununla bağlı münasibətdə olmuş 635 məzun könüllü seçilib. Məlum olub ki, yüksək həyəcan və çəkingən tipə malik respondentlər çox vaxt həm münasibətlərdən, həm maddi vəziyyətdən, həm də ümumilikdə həyatdan nazarı olublar.

Bu iştirakçılar tez-tez maliyyə avantürası sayıla biləcək hadisələrə qarışıb və ya bədxərclik ediblər, ancaq bütün bunların məsuliyyətini öz partnyorlarının üstünə qoyublar.

“Bağlılığın yüksək həyəcan tipinə malik insanlar çevrənin diqqətini özünə cəlb etmək üçün pul xərcləyə bilərlər”, - araşdırmanın müəllifi bildirir. Bununla da onlar sevgini “satın almaq” üçün bahalı hədiyyələr edirlər.

Bağlılıqdan ifrat dərəcədə çəkinən insanların isə materialist olduqları bəlli olub. Onlar əksərən şopoqolizmə meyillidirlər və ətrafa öz üstünlüklərini göstərmək üçün özlərinə pul xərcləyirlər.

Mənbə: report.az