Sosial şəbəkələri qadağan edən, interneti kəsən ölkələr – Əsas səbəb nədir?

Sosial şəbəkələri qadağan edən, interneti kəsən ölkələr – Əsas səbəb nədir?

Dünyanın ən məşhur şirkətləri belə internet kəsildikdə fəaliyyətlərini müvəqqəti dayandırmaq məcburiyyətində qalırlar. Bu halın xeyli istehsalçıya zərər verməsi faktı da istisna deyil.

Rəqəmsal Hüquqlar Təşkilatı olan Acess Novun məlumatına görə, ötən il 33 ölkədə 200-dən artıq internet kəsilməsi halları olub.

TED.az xəbər verir ki, mütəxəssislər internetsizliyin fəsadlarının yalnız iqtisadiyyata vurulan zərərlə məhdudlaşmadığını deyirlər.

 

Accessin araşdırmalarına görə, 10 milyonlarla insan bundan əziyyət çəkir. Bəzi ölkələrdə interneti kəsməklə bağlı verilən əmrlər isə çox vaxt siyasi xarakter daşıyır.

 

Məsələn, Türkiyədə internet əlaqəsinin bu formada məhdudlaşdırılması 2013-cü ildə baş verən “Gezi” hadisələrindən sonra aktuallaşıb. Burada bəzən internetin sürəti xeyli zəiflədilir, bəzən isə Youtube, Vikipedia kimi şəbəkələrin istifadəsi qadağan olunur. Məşhur onlayn ödəmə sistemi olan PayPal da Türkiyədə qadağandır. Bu, əcnəbilərin Türkiyə ilə pul mübadiləsi prosesini xeyli ləngidir.

 

 

 

BBC-nin apardığı araşdırma da internet kəsilmələrinin əsasən, siyasi etirazlarla bağlı olduğunu təsdiqləyir. Araşdırmaya görə, ötən il 60-dan çox etiraz aksiyası internet əlaqəsinin kəsilməsinə səbəb olub. 12 ölədə internetin kəsilməsi isə müxtəlif dövlət sturukturlarına keçirilən seçkilərlə əlaqədar olub. Bu zaman dövlət rəsmiləri interneti yalan informasiyaların qarşısını almaq məqsədilə məhdudlaşdırdıqlarını söyləyiblər.

 

Ötən ilin göstəricilərinə görə, internetin ən çox kəsildiyi ölkələr arasında Hindistan birinci yerdə gəlir. Burada intenet 121 dəfə kəsilib. Onların əksəriyyəti isə Kəşmirin Hindistana aid olan hissəsində baş verib.

 

Ora Afrika ölkələri isə internetin ən uzun müddət kəsildiyi ölkələr hesab olunur. Məsələn, Çad Respublikasında internet əlaqəsi 2018-ci ildə kəsilib və 15 ay bərpa edilməyib.

Sudan və İraqdakı etirazçılar da internetsizlikdən əziyyət çəkirlər.

Ötən ilin mayında Tacikistan terorizmə qarşı mübarizə adı ilə Feysbuk, Tvitter, və İnstaqramı qadağan etməsi ilə məşhurlaşıb.

Mənbə: ted.az