Google Translate tatar, türkmən, uyğur dillərini də tərcüm edəcək

Google Translate tatar, türkmən, uyğur dillərini də tərcüm edəcək

GoogleTranslate süni intellekt texnologiyalarında istifadə vasitəsilə önəmli yeniliklərin tətbiqinə davam edir. Platformada yeni dillər tətbiq edilərək əhatə dairəsi genişləndirilir.

TED.az xəbər verir ki, bu barədə şirkət rəsmisi Google Translate-in tətbiq etdiyi yeniliklərə həsr olunan mətbuat konfransında məlumat verib. Bildirilib ki, Google Translate bundan sonra tatar, türkmən, uyğur dillərdən istifadə edəcək. Nəticədə şəbəkədə tətbiq edilən ümumi dil sayının 108-ə çatacağı deyilib.

Tətbiq edilən yeni dillər arasında odia, kinyarvanda dilləri də var. Şirkət bu 5 dilin gətirə biləcəyi auditoriyanın 75 milyon olduğunu vurğulayıb.

Şirkət rəsmisi bildirib ki, bəzi dillərin veb-bazası az olduğuna görə, sistemin bu dilləri tətbiq etməsi çətinlik yaradır. Amma tətbiq edilən yeniliklər sayəsində az veb-baza ilə də tərcümə etmək mümkün olacaq.

Qeyd edək ki, şirkət tətbiq ediləcək 5 dil üçün xüsusi virtual klaviaturaları da dəstəkləyəcək.

Mənbə: ted.az