ABŞ ilk dron əleyhinə lazer sistemini döyüş gəmilərinə yerləşdirib

ABŞ ilk dron əleyhinə lazer sistemini döyüş gəmilərinə yerləşdirib

ABŞ Hərbi Dəniz Qüvvələri ilk dəfə lazer əsaslı dron hücumlarından müdafiə sistemini döyüş gəmisinə yerləşdirib. Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, ODİN adlandırılan lazer sistemi (Optical Dazzling Interdictor, Navy) gəmilərin havadan müdafiə qabiliyyətini artırmağa xidmət edəcək.
Qeyd olunur ki, lazer sistemləri ilkin olaraq “Dewey” gəmisinə yerləşdirilib və gələn ildən istifadəyə verilə bilər.
Sevinc Əliyeva
Ordu.az

 

Mənbə: ordu.az