DİQQƏT! Smartfonlarınız təhlükə altındadır

DİQQƏT! Smartfonlarınız təhlükə altındadır

"Eset" antivirus proqram təminatçısı "Wi-Fi" vasitəsi ilə telefonlara haker hücumunu təmin edən yeni "Kr00k" boşluğunu müəyyən edib.

BAKU.WS xəbər verir ki, şirkətin hesabatında milyarddan çox mobil cihazın təhlükə ilə üzləşməsi qeyd olunub.

Məlum olub ki, zəiflik texnikaya quraşdırılmış "Wi-Fi" modullar ilə əlaqəlidir. Mobil telefonlara müdaxilə "Cypress Semiconductor" və "Broadcom" tərəfindən istehsal edilən çiplərdə mümkün olur.

"Kr00k" "Wi-Fi" bağlantısı və ya siqnal gücünün azalması zamanı cihazın sisteminə daxil ola bilər. Hakerlər şəbəkə üzərindən ötürülən məlumatlar şifrəli olsa da, qurbanın məlumatlarını bu boşluq vasitəsilə əldə edə bilərlər.

"Eset" antivirus şirkəti hesab edir ki, məlumatları ələ keçirmək riski bir milyarddan çox smartfona, o cümlədən "iPhone XR", "iPhone 6", "iPhone 8", "Samsung Galaxy", "Google Nexus", "Xiaomi Redmi" və başqa modellərə aiddir.

Qeyd edilən "Kr00k" həmçinin "MacBook", "iPad Air" və "Amazon Kindle" cihazları kimi noutbuk və planşetlərə daxil ola bilir.

Ekspertlər mövcud vəziyyətdə simsiz şəbəkəyə çıxışı olan bütün şəxsi və ev cihazlarını yeniləməyi məsləhət görürlər.

BAKU.WS

Mənbə: baku.ws