"Facebook" koronavirusla bağlı bu addımı atacaq

"Facebook" koronavirusla bağlı bu addımı atacaq

Məşhur sosial şəbəkə "Facebook" koronavirusla bağlı reklamları bloklamağa hazırlaşır.

Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, buna səbəb həmin reklamlarda yalan və elmi cəhətdən əsası olmayan məlumatların verilməsidir.

Dünya miqyasında 2 milyarddan artıq istifadəçisi olan sosial şəbəkə xüsusilə virusla bağlı yanlış müalicə üsulları ilə bağlı yayılan məlumatlara qarşı mübarizə apracaq.

Şirkət yanlış məlumatların epidemiya ilə mübarizəyə də mənfi təsir etdiyini açıqlayıb.

Facebook bu addımı, eyni zamanda epidemiya ilə bağlı qorxu və təşvişin daha da artmaması üçün atacağını açıqlayıb.

Şirkət bu siyasətini İnstaqramda da həyata keçirəcək.

Mənbə: lent.az