Koronavirus 5G cihazlarının istehsalına təsir etməyəcək

Koronavirus 5G cihazlarının istehsalına təsir etməyəcək

Koronavirus epidemiyası Çinin texnologiya nəhəngi olan Huawei şirkətinə 5G cihazlarının istehsalına təsir etməyəcək.

Milli.Az ted.az-a istinadən bildirir ki, bu haqda Huawei-in prezidenti Yang Chaobin deyib.

O bildirib ki, epidemiyanın yayılmasından xeyli vaxt keçib və artıq Huawei-yə məxsus zavodlar öz fəaliyyətlərini bərpa edib.

Qeyd edək ki, Çinə məxsus istehsalçı şirkət dünya iqtisadiyyatının böyük bir hissəsini elektronik avadanlıqlarla təmin edir.

Milli.Az

Mənbə: news.milli.az