Amerikalı yazıçı 40 il öncə koronavirusla bağlı KİTAB YAZIBMIŞ — FOTOSÜBUT

Amerikalı yazıçı 40 il öncə koronavirusla bağlı KİTAB YAZIBMIŞ  — FOTOSÜBUT

1981-ci ildə amerikalı yazıçı Din Kunç “Qaranlığın gözləri” adlı roman yazıb.

"ÖlkəAz" xəbər verir ki, romanda hadisələrin gedişatını təsvir edən yazıçı qorxunc, adi müalicə ilə sağalma ehtimalı olmayan bir epidemiya haqqında məlumat verib. Əsərdə virus “Uhan-400” deyə qeyd olunub. Yazıçı virus Uxanda yerləşən hərbi labaratoriyada yaradıldığına və epidemiyanın da məhz o şəhərdən yayılmağa başladığına görə, onu bu adla vurğulayıb.

Bundan başqa romanın bir hissəsində qeyd olunur:

“”Uxan-400” çox ideal silahdır və ancaq insanlara təsir etmək gücünə malikdir”.

Maraqlısı isə əsərdə hadisələrin 2020-ci ildə cərəyan etməsidir.

Qeyd edək ki, virusun dünyaya məhz Çinin Uhan şəhərindən yayıldığı ehtimal olunur. Məlumata görə, koronavirus infeksiyasından ölənlərin sayı 2 858 nəfərdir.

Mənbə: olke.az