ABŞ Tunisə “Wolverine” yüngül hücum təyyarəsinin satılmasına razılıq verib

ABŞ Tunisə  “Wolverine” yüngül hücum təyyarəsinin satılmasına razılıq verib

ABŞ hökuməti Tunisə dörd ədəd “Textron” istehsalı AT-6 “Wolverine” yüngül hücum təyyarəsinin satılmasına razılıq verib. Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, satış paketinin ümumi qiyməti 325.8 milyon dollardır.

Qeyd olunur ki, paketə, həmçinin silah, təlim və təmir dəstəyi də daxildir. Bundan başqa təyyarə “BAE Systems” tərəfindən istehsal olunan dəqiq zərbə raketləri, 12.7 millimetrlik pulemyotlar, optik sensorlar və sairlə təchiz olunacaq.

Sevinc Əliyeva
Ordu.az

 

Mənbə: ordu.az