Pentaqon yeni sualtı qayıqdan atılan nüvə başlığı proqramı üzərində işləyir

Pentaqon yeni sualtı qayıqdan atılan nüvə başlığı proqramı üzərində işləyir

Pentaqon yeni W93 sualtı qayıqdan atılan nüvə başlığı proqramı üzərində işləməyə başlayıb. Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ABŞ Strateji Komandanlığının (STRATCOM) rəhbəri Çarlz Rişard məlumat verib.

Proqramın ümumi dəyəri və imkanları barədə məlumat verilməyib.

Qeyd edək ki, hazırda ABŞ-ın 2 ədəd sualtı qayıqdan atılan nüvə başlığı mövcudur. Bunlar W88 və W76-dır.

Sevinc Əliyeva
Ordu.az

 

Mənbə: ordu.az