Gecədən bütün planet üzrə 7.220 MHz tezlikdə çox güclü siqnal buraxıldı- MÜƏMMA...

Gecədən bütün planet üzrə 7.220 MHz tezlikdə çox güclü siqnal buraxıldı- MÜƏMMA...

Deyəsən, sevinəcəyik- bu radio-dalğa koronavirusun sonuna çıxacaq...

Fevralın 27-dən 28-ə keçən gecədən başlayaraq bütün dünyada eşidilə bilən çox güclü və qeyri-adi radio-siqnal yayılıb.

Moderator.az xarici mənbələrə istinadla xəbər verir ki, bu haqda peşəkar radio-həvəskar olan jurnalistlərdən biri bildirib. Onun sözlərinə görə, səhər oyananda gecə ərzində sanki bütün gücünün yox olduğunu hiss edib. Və maraqlandıqda müəyyən edib ki, bütün planet üzrə 7.220 MHz tezlikdə 10 kHz-lik siqnal yayılıb. Bu, ABŞ-ın ən güclü radio-stansiyalarının gücündən 6 dəfə çoxdur. Adətən radiolar 0-30 MHz-lik tezlikdəki siqnallardan istifadə edir. Bu isə birdən-birə 10 kHz-dir. Radio həvəskarı hesab edir ki, belə bir siqnal yalnız hansısa müəmmalı, çox güclü bir mənbədən xüsusi məqsədlə buraxıla bilər...

Bu məlumatı araşdıran konspiroloqlar isə belə qənaətə gəlib ki, bu cür güclü radio-siqnal yalnız hər hansı bir super dövlət, məsələn, ABŞ, Rusiya, Çin, yaxud Vatikan tərəfindən artıq hakimiyyətdə olan şəxslər üçün də təhlükəyə çevrilmiş koronavirusun məhvi üçün buraxıla bilər. Çünki bioloqlar və tibb alimləri də sübut edir ki, xüsusi tezliklərdə və gücdə buraxılan siqnallar digər canlılara ciddi zərər vermədən(zəif, xəstə insanlarda baş ağrıları, ürəkbulanma yarana bilər) bəzi mikroorqanizmləri məhv etməyə qadirdir...

Maraqlananlar bu linkə daxil olub bəhs edilən dalğadakı siqnalı dinləyə bilər:

Məsələni mütəxəssislər vasitəsilə daha geniş araşdırmağa çalışacağıq...

Sultan Laçın

Mənbə: moderator.az