Ötən ilin ən çox satılan smartfonu bəlli oldu

Ötən ilin ən çox satılan smartfonu bəlli oldu

Omdia analitika şirkəti, 2019-ci ildə ən çox satılan smartfon modellərinin siyahısını təqdim edib.

Open.az xəbər verir ki, ötən il ərzində texno-bazara fərqli modellər daxil ola bilib. Lakin buna baxmayaraq "Apple" brendinin il ərzində böyük səylə təşviq etdiyi model "iPhone XR" bütün ölkələrdə birinciliyi qoruyub saxlaya bilib. Ötən ilin Amerika üzrə ən çox satılan smartfonu "iPhone XR", Avropa üzrə "Galaxy A50", Çin ərazisində isə yerli smartfonlar üstünlük təşkil edib.

Qeyd edək ki, siyahıda "Redmi Note 7", "Galaxy A10", "Oppo A5" kimi telefon modellərinin də adı hallanır.

Mənbə: open.az