Koronavirus səbəbilə Facebook şirkəti bu tədbirləri ləğv etdi

Koronavirus səbəbilə Facebook şirkəti bu tədbirləri ləğv etdi

GSMA şirkəti bu ayın ortasında COVID-19 koronavirusu səbəbilə MWC 2020 sərgisini ləğv etdi. Lakin sözügedən virus səbəbilə ləğv edilmiş tədbirlər arasında təkcə MWC deyil. Belə ki, Facebook şirkəti koronavirus səbəbilə F8 adlı texnoloji tədbirin keçirilməsini ləğv etdi. Şirkət həmin tədbirdə öz yeni məhsullarını təqdim etməyi planlaşdırırdı.

BiG.AZ-ın technote.az-a istinadən verdiyi xəbərə görə, bu barədə "Engadget" saytı yazıb.

Tədbirin ləğv edilməsinə baxmayaraq şirkətin B planı var.

Şirkət qeyd edib ki, günü-gündən artan koronavirus riski səbəbilə o, ictimai tədbir formatından imtina edib. Qeyd etmək lazımdır ki, tədbirin keçirilməsi 5-6 may tarixlərinə planlaşdırılırdı. Bunun yerinə şirkət öz yeni məhsullarını online yayım formatında təqdim edəcək. Keçiriləcək veb konfransların siyahısı və onların keçirilmə tarixləri barəsində məlumatlar daha sonra veriləcək. Koronavirus ilə baş verən hadisələr səbəbilə yaz fəslində Google I/O və Microsoft Build tədbirlərinin keçirilməsi də sual altında qalır.

 

Mənbə: big.az