Cupra Leon təqdim olunub - FOTO

Cupra Leon təqdim olunub - FOTO

Cupra markasının Seat şirkəti tərəfindən iki il əvvəl təsis edilməsinə baxmayaraq, bu günə qədər Cupra yalnız Cupra Ateca krossoverini təklif edir. Cari nəsil Leon Cupra isə bu günə qədər Seat brendini təmsil edir. Keçən ay Seat Leon modelinin dördüncü nəsli debüt edib, bu gün isə, Cupra loqotipini daşıyan Leon ailəsi təqdim olunub.

Milli.Az autograph.az-a istinadən bildirir ki, brendin dəyişməsi modelin ideologiyasına təsir etməyib. Cupra Leon əvvəlki həm hetçbek, həm də Sportstourer universalı ola bilər. Vizual olaraq, Cupra modelləri Seat Leon modellərindən başqa bamperlər, böyüdülmüş hava girişləri, arxa bamperdəki diffuzor, daha böyük arxa spoyler və orijinal radiator barmaqlığı ilə fərqlənir. Bundan başqa, Cupra'lar qeyri-adi dizayna malik olan 18 və ya 19 düymlk təkər dsikləri ilə təchiz edilir. Cupra Leon modelinin rəng palitrasına iki tutqun boya daxil edilib - boz və mavi.

Cupra Leon modeli bir neçə modifikasiyada təklif ediləcəkdir. Baza variant 245 at qüvvəsi və 370 Nm hasil edən 2.0 TSI benzin turbomühərriki ilə təchiz ediləcəkdir. Növbəti modifikasiya isə bu mühərrikin 300 at qüvvəsi və 400 Nm hasil edən versiyasını alacaqdır. Bu modifikasiyalar iki muftalı DSG "robotu" və yüksək sürtünməli diferensialı olan ön ötürməyə sahib olacaqdırlar. Üst versiya sayılan model 310 at qüvvəsi və 400 Nm hasil edən mühərrikə, arxa oxda muftası olan 4Drive tam ötürməsinə malik olacaqdır. Lakin, bu modifikasiya yalnız universal üçün əlçatan olacaqdır. Ən güclü Cupra Leon modeli 100 km/saat həddini 4,8 saniyəyə toplayacaq və 250 km/saat (elektronika tərəfindən məhdudlaşdırılıb) həddinə qədər sürətlənəcəkdir.

Seat Leon modelinin ardınca Cupra Leon da məişət şəbəkəsindən qidalanan hybrid versiyasına sahib olacaqdır. Cupra Leon eHybrid modelinin güc qurğusunun tərkibinə 150 at qüvvəsi və 250 Nm hasil edən 1.4 TSI turbomühərriki və 115 at qüvvəli electromotor quraşdırılmış 6- pilləli DSG "robotu" daxildir. Güc qurğusunun ümumi hasilatı 245 at qüvvəsi və 400 Nm təşkil edir. 13 kilovat-saatlıq tutuma malik olan batareya elektrik ötürməsi ilə 60 kilometr (WLTP) məsafə qət etməyə imkan verəcəkdir.

Cupra Leon Competicion

Cupra Leon modelinin seçilən xüsusiyyətlərindən biri arxa çoxqollu asqıya malik olan yenidən tənzimlənmiş şassidir. Cupra modelləri elektronika idarələnən adaptiv amortizatorlar azaldılmış klirensə malikdirlər. Klirensin hündürlüyü öndə 25 millimetr, arxada isə 20 millimetr azaldılıb. Ön oxda diametri 370 millimetrlik diskləri olan Brembo əyləc mexanizmləri quraşdırılıb. Elektrik sükan gücləndiricisi də başqa tənzimləmələrə malik olub.

Cupra e-Racer

Cupra modelinin salonunda gücləndirilmiş yan dəstəyi olan oturacaqlar, mis rəngində dekoru, virtual cihazlar panelinin xüsusi qrafikası, həmçinin üzərində mühərriki işə salma və hərəkət rejimlərini dəyişdirmə düymələri olan sükan çarxı quraşdırılıb.

Cupra Leon modeli ilə eyni vaxtda iki yarış avtomobili də təqdim olunub. Cupra Leon Competicion hetçbeki TCR seriyası üçün hazırlanıb və 340 at qüvvəsi və 410 Nm hasil edən 2.0 TSI turbomühərriki ilə hərəkətə gəlir. Güc aqreqatı 6-pilləli Hewland sekvental ötürmələr qutusu ilə tandemdə çalışır. Hetçbek 100 km/saat həddinə 4,5 saniyəyə sürətlənir və 260 km/saatlıq maksimal sürət həddinə malikdir.

Kuzov çempionatı üçün nəzərdə tutulmuş Cupra e-Racer elektrik bolidi daha "bərkgedəndir". Elektrokar, ümumi hasilatı 680 at qüvvəsi və 960 Nm olan dörd elektrik mühərriki ilə təchiz edilir. Maye ilə soyudulan batareya 65 kilovat-saatlıq tutuma malikdir. Belə hetçbek 100 km/saat həddinə 3,2 saniyəyə sürətlənir. Onun maksimal sürəti 270 km/saatdır. Bununla belə, "yarış" avtomobilinin döyüş rejimində qət etdiyi məsafə barədə məlumat açıqlanmayıb.

Cupra Leon modellərinin Avropa bazarındakı satışlarına yaz aylarında başlanacaqdır. Competicion versiyasını sifarişlərin qəbuluna da baharda start veriləcəkdir. Hazır avtomobillər sifarişçilərə 2021-ci ildə çatdırılacaqdırlar. Xatırladaq ki, Seat markasının Azərbaycandakı rəsmi dileri öz fəaliyyətini dayandırıb.

Milli.Az

Mənbə: news.milli.az