Koronavirusa yoluxmanın ilk əlamətləri

Koronavirusa yoluxmanın ilk əlamətləri

Koronavirus haqqında aşağıdakı məlumat rus informasiya mənbələrində yayılıb.

Axar.az Qadinklubu.com-a istinadən sözügedən məlumatları təqdim edir:

Əgər soyuqdəymə zamanı burnunuz axırsa, bəlğəmli öskürürsünüzsə, siz koronavirus infeksiyasının daşıyıcısı ola bilməzsiniz. Koronavirus pnevmoniyası (sətəlcəmi) burunaxmasız quru öskürəklə müşayiət olunur. Bu koronavirusa yoluxmanın ən sadə diaqnostikasıdır.

Koronavirus istiyə dözümsüzdür və 26-27 dərəcə istilikdə ölür. Buna görə də qaynar su çox için. Günəş altında tez-tez və çox qalın. Qaynar su dərman deyil, sağlamlıq üçün faydalıdır və bütün viruslara qarşı effektivdir.

Virus haqqında:

Virus ölçüsünə görə kifayət qədər böyükdür (diametri, təxminən, 400-500 nanometrdir). Buna görə də adi tibbi maska prinsipcə filtr kimi istifadə oluna bilər. Əgər virusa yoluxmuş şəxs sizin qarşınızda asqırarsa və ya sizdən 3 metrədək məsafədən keçərsə, addımlarınızı yavaşıdın, virus yerə düşəcək, o uça bilmir.

Metal səthə düşən virus ən azı 12 saat yaşayır. Buna görə də metal səthlərlə kontaktda olmusunuzsa, əllərinizi sabunla yaxşıca yuyun.

Parça üzərində virus 6-12 saat yaşayır. Adi yuyucu toz virusu öldürməlidir. Qış paltarlarını gün altında qurutmaq kifayətdir ki, viruslar ölsün.

Koronavirusun yaratdığı pnevmoniyanın simptomları haqqında:

Boğaza daxil olduqdan sonra anginada olduğu kimi boğazda quruluq yarana bilər. Bu 3-4 gün davam edəcək.
Sonra virus burun mayesinə qarışacaq, traxeyaya düşəcək, oradan isə ağ ciyərə keçərək, pnevmoniyaya səbəb olacaq. Bu proses 5-6 gün çəkəcək.

Koronavirus pnevmoniyası zamanı bədəndə yüksək temperatur yaranır və nəfəsalma çətinləşir. Burun tutulması adi burun tutulmasından fərqlənir – elə hiss yaranır ki, sanki suda boğulursan. Bu halda gecikmədən həkimə müraciət etmək lazımdır.

Profilaktika haqqında:

Yoluxmanın ən geniş yayılmış üsulu insanlara toxunmaqdır. Buna görə də əllərinizi tez-tez yuyun. Virus əllərinizdə 5-10 dəqiqə müddətində yaşaya bilər. Lakin bu müddət ərzində hər şey ola bilər: əllərinizlə gözlərinizi ovxalaya bilərsiniz, burnunuza və ya ağzınıza (dodaqlarınıza) toxuna bilərsiniz.

Əllərinizi tez-tez yumaqdan əlavə boğazınızı betadinlə yaxalaya bilərsiniz (hələ ki boğazda olan virusları ciyərə keçənədək məhv etmək və ya təsirini azaltmaq üçün).

Mənbə: axar.az