You Tube 3 ayda 6 milyona yaxın videonu silib

You Tube 3 ayda 6 milyona yaxın videonu silib

YouTube tərəfindən yayımlanan şəffaflıq hesabatına görə ötən ilin oktyabr-dekabr ayları arasında ictimai qaydaları pozan 5,8 milyon video silinib.

TED.az xəbər verir ki, eyni zamanda 2 milyona yaxın kanal bağlanıb. 108.779 videonun geri qaytarılmasına etiraz edildiyi halda bunlardan yalnız 23.471-i yenidən yayımlanıb.

2019- cu ilin oktyabr və dekabr ayları arasında silinən videoların ümumi sayı 5.887.021 olaraq açıqlanıb. Bu videolardan 5.3 milyonu heç bir insanın müdaxiləsi olmadan silinib. YouTube bu videoların 64.7%-i heç bir baxış olmadan silinib. Silinən videoların 52%-ni spam, fırıldaqçılıq və yalnış videolar təşkil edir. Uşaqların təhlükəsizliyi üçün silinən videoların nisbəti isə 15,8%-dir. Çılpaqlıq və ya cinsi məzmun, zorakılıq, həmçinin zərərli və ya təhlükəli məzmun videoların silinməsinin səbəblərindən biridir.

Qeyd edək ki, ən çox video ABŞ-dan silinib.

ABŞ 1 miyona yaxın silinən video ilə ölkələr arasında ilk sırada yer alır.

ABŞ- ı bu siyahıda daha sonra Hollandiya, Hindistan, İndoneziya və Braziliya izləyir. Ancaq bəzən videolar səhvən də silinə bilər. Bu xüsusilə insan nəzarəti altında olmayan proseslərdə daha çox görülür. YouTube videomakerlərə bu kimi hallar üçün müraciət etmək hüququnu verir, lakin bu proses nəticə vermir. Ümumi mənzərəyə baxanda 108.779 etirazdan yalnız 23.471-i geri qaytarılıb.

Mənbə: ted.az