İŞİD terrorçuları Kərkükdə İraq ordusuna hücum edib: 1 ölü, 2 yaralı

İŞİD terrorçuları Kərkükdə İraq ordusuna hücum edib: 1 ölü, 2 yaralı

İŞİD terrorçuları İraqın şimalındakı Kərkük vilayətində yerləşən bazaya hücum edib. Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, hücum nəticəsində İraq ordusunun 1 hərbi qulluqçusu həlak olub.
Qeyd olunur ki, hücum nəticəsində 2 hərbi qulluqçu da yaralanıb, onların vəziyyəti normaldır.
 

 

Mənbə: ordu.az