Ukrayna 2020-ci ildə 95 milyon dollara raket sistemləri alacaq

Ukrayna 2020-ci ildə 95 milyon dollara raket sistemləri alacaq

2020-ci ildə Ukrayna Müdafiə Nazirliyi qiyməti 2,4 milyard qrivnadan (təxminən 95 milyon ABŞ dolları) çox olan 3000-ə yaxın raket sistemi almağı planlaşdırır. Ordu.az xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunur ki, 2019-cu illə müqayisədə bu il raket proqramı üçün vəsait 300 milyon qrivna (təxminən 12 milyon ABŞ dolları) artıb. Xüsusilə, 2020-ci ildə “Neptun” və “Vilxa” komplekslərinin inkişafına təkan verməklə yanaşı, dövlət sınaqlarını başlatmaq və onların tam maliyyələşdirilməsini təmin etmək planlaşdırılırılıb.

Sevinc Əliyeva
Ordu.az

 

Mənbə: ordu.az