Azərbaycandan MDB ölkələrinə məhsul ixracı artıb

Azərbaycandan MDB ölkələrinə məhsul ixracı artıb

 

Bakı, 16 iyul, AZƏRTAC

Bu ilin yanvar-iyun aylarında Azərbaycandan MDB ölkələrinə 608 milyon 662 min ABŞ dolları dəyərində məhsul ixrac edilib.

Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a bildirilib ki, bu, ötən ilin eyni dövründəki göstəriciyə nisbətən 60 milyon 694 min dollar çoxdur.

Altı ayda Azərbaycanın MDB ölkələrindən idxal etdiyi məhsulun dəyəri isə 1 milyard 518 milyon 421 min dollar olub.

 

Mənbə: azertag.az