Türkiyə dünyanın ən güclü 13-cü dövlətidir - Dünya Bankı

Türkiyə dünyanın ən güclü 13-cü dövlətidir - Dünya Bankı

 

Dünya Bankı 2018-ci ilin ən güclü iqtisadiyyata malik ölkələrini açıqlayıb.

Metbuat.az Türkiyə mediasına istinadla bildirir ki, açıqlanan siyahıda Türkiyə 13-cü yerdə qərarlaşıb.

Hər ilin iyul ayında açıqlanan hesabata görə, keçən il Türkiyənin alıcılıq gücü 2 trilyon 37 milyard dollar olub. Türkiyədə alıcılıq gücü paritetinə görə,adambaşına düşən ümumdaxil məhsul 28 min 815 dollar olub. Hesablama 82,3 milyon nəfərlik əhaliyə görə aparılıb.

Dünya Bankının məlumatlarına görə, 2017-ci ildə Türkiyədə adambaşına düşən ümumdaxil məhsul 27 min 878 min dollar olmuşdu. Bununla da, Türkiyə 2018-ci ildə 2,37 trilyon dollarlıq alıcılıq qabiliyyəti pariteti ilə dünyanın ən böyük 13-cü iqtisadi gücü olmağı bacardı.

 

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Mənbə: metbuat.az