Çində iqtisadi artım 27 ilin ən aşağı səviyyəsində

Çində iqtisadi artım 27 ilin ən aşağı səviyyəsində

2019-cu ilin ikinci rübündə Çin iqtisadiyyatında 1992-ci ildən bu yana ən zəif artım qeydə alınıb.


Çin iqtisadiyyatı, davam edən ticarət gərginliyi ilə ikinci rübdə 1992-ci ildən bu yana ən zəif nisbətdə artıb.

"Marja" xəbər verir ki, Çinin ümumi daxili məhsulu (ÜDM), aprel - iyun dövründə proqnoza paralel 6.2 faiz artıb. ÜDM əvvəlki rübdə 6.4 faiz artmışdı.

İqtisadiyyatdakı ləngimə Çin rəsmilərini ABŞ ilə ticarət müqaviləsisi bağlamağa məcbur edir. Hər nə qədər çinli ticarət nümayəndələri amerikalı həmkarları ilə danışıqları davam etdirsələr də, iqtisadi zərərin qarşısını ala biləcək bir müqavilə barədə qeyri-müəyyənlik davam edir.

Mənbə: marja.az