Ölkədə işsizlərin sayı açıqlandı

Ölkədə işsizlərin sayı açıqlandı

Türkiyədə qeydiyyatda olan rəsmi işsizlərin sayı açıqlanıb.

Cebhe.info xəbər verir ki, bu barədə Türkiyə Statistika Qurumu məlumat yayıb.

Məlumata görə, aprel ayında işsizliyin səviyyəsi 13 faiz olub. Beləliklə, Türkiyədə rəsmi işsizlərin sayı 1 milyon 116 min artaraq 4 milyon 202 min nəfərə çatıb.

Aqrar sektorda işsizlərin sayı 3,6 faiz artaraq 15 faizə çatıb. 15-24 yaş arası gənclər arasında da işsizlik artıb. Bu rəqəm 6.3 faiz artaraq 23, 2 faizə çatıb. 15-64 yaş arası işsizlərin sayı 3,5 faiz artaraq 13,3 faizə çatıb.

Aydın
 

 

Mənbə: cebhe.info