Azərbaycanın yarım ildə ən çox məhsul idxal etdiyi ölkələrin adları açıqlanıb

Azərbaycanın yarım ildə ən çox məhsul idxal etdiyi ölkələrin adları açıqlanıb

 

Bakı, 16 iyul, AZƏRTAC

Azərbaycan cari ilin yanvar-iyun aylarında ən çox İsveçrədən məhsul idxal edib.

Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a bildirilib ki, 6 ayda ölkəyə ən çox İsveçrə, Rusiya və Türkiyədən məhsul idxal edilib. İsveçrədən idxalın dəyəri 1 milyard 9 milyon 53 min ABŞ dolları, Rusiyadan 1 milyard 4 milyon 69 min dollar, Türkiyədən isə 677 milyon 400 min dollar olub.

 

Mənbə: azertag.az