İsrailin Vergi Orqanının rəhbəri Azərbaycanın vergi sistemindəki islahatlar barədə məlumatlandırılıb

İsrailin Vergi Orqanının rəhbəri Azərbaycanın vergi sistemindəki islahatlar barədə məlumatlandırılıb

 

Bakı, 16 iyul, AZƏRTAC

Vergilər naziri Mikayıl Cabbarov İsrailin Vergi Orqanının baş direktoru Eran Yaakovla görüşüb.

Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən AZƏRTAC-a bildirilib ki, görüşdə qonağa Azərbaycanın vergi sistemində aparılan islahatlar barədə məlumat verilib, ölkələrin vergi qurumları arasında ikitərəfli əməkdaşlıq və təcrübə mübadiləsi müzakirə edilib, həmçinin qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

E.Yaakov nazirliyin Çağrı mərkəzində olub, Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin fəaliyyəti və kommersiya hüquqi şəxslərin “Bir Pəncərə” qeydiyyat sisteminin iş prinsipi ilə də tanış olub.

Mənbə: azertag.az