İran nüvə təsisatlarında uranın zənginləşdirilməsi dərəcəsini açıqlayıb

İran nüvə təsisatlarında uranın zənginləşdirilməsi dərəcəsini açıqlayıb

Hələ ki uranı 4.5 faiz dərəcəsində zənginləşdirəcəyik, 20 faizlik zənginləşdirilməyə ehtiyacımız yoxdur...

"Hələ ki uranı 4.5 faiz dərəcəsində zənginləşdirəcəyik, 20 faizlik zənginləşdirilməyə ehtiyacımız yoxdur."

İnterAz SalamNews-a istinadla xəbər verir ki, bunu İranın Atom Enerjisi Agentliyinin sözçüsü Behruz Kəmalvəndi deyib.

İran rəsmisi bildirib ki, onların zənginləşdirilmiş uranlarının miqdarı 300 kq-ı keçib və zənginləşdirilmənin faiz dərəcəsi də 4.5 -ə çatdırılıb. B. Kəmalvəndi bildirib ki, onların hələ ki, 20 faizlik zənginləşdirilməyə ehtiyacları yoxdur.

Qeyd edək ki, B, Kəmalvəndi nüvə sazişinin öhdəliklərinə əməl edilməsi ilə bağlı xəbərdarlıq edərək, zənginləşdirilmə dərəcəsinin 20 faizi keçəcəyini bildirmişdi.

Qeyd edək ki, ABŞ-ın nüvə sazişindən çıxaraq İrana sanksiya tətbiq etməsi və Avropa dövlətlərinin neftin satışı və bank məsələlərilə bağlı İrana verdiyi vədləri yerinə yetirə bilməməsindən sonra İran sazişin iki bəndinin icrasını dayandırıb. İran birinci addımda ölkə daxilində istehsal edilən "ağır su" və zənginləşdirilmiş uranın miqdarına qoyulan məhdudiyyətləri keçib. Verilən iki aylıq möhlətdən sonra isə İran uranın zənginləşdirilmə dərəcəsinə qoyulan məhdudiyyəti (3.7 faiz) də ləğv edib.

Mənbə: www.interaztv.com