İranın Britaniyanın Grace 1 neft tankerini azad edəcəyinə dair ziddiyyətli xəbərlər dolaşır

İranın Britaniyanın Grace 1 neft tankerini azad edəcəyinə dair ziddiyyətli xəbərlər dolaşır

İran Britaniyanın Grace 1 neft tankerinin yaxın zamanda azad ediləcəyini bəyan edib. Bununla Tehranın tankeri ələ keçirməsi ilə İran və Qərb arasında gərginliklərə son qoyula bilər.

Lakin Britaniya hökumətinin Cəbəllütariq ərazisindəki mənbəbləri İranın bəynatını doğru olmadığını bildirib.

Tehran öz gəmisinin iyulun 4-də tankeri ələ keçirməsinin qeyri-normal hal olduğunu inkar edərək, Avropanın sanksiyalarına baxmayaraq, Suriyaya qeyri-qanuni neft daşıdığına dair ittihamları rədd edib.

İRNA xəbər agentliyi İranın Liman və Dəniz Donanması Təşkilatının sədr müavini Cəlil Eslamiyə istinadən bildirib ki, Britaniya sənədlərin mübadiləsi ilə Grace 1 tankerinin azad ediləcəyini düşünür.

İranın yarı-rəsmi Fars xəbər agentliyi isə adları açıqlanmayan Cəbəllütariq rəsmilərinə istinadən tankerin çərşənbə axşamı azad ediləcəyini bildirib. Lakin Cəbəllütariq rəsmiləri xəbəri təkzib edib.

Mənbə: www.amerikaninsesi.org