Azərbaycanda Rusiya ilə birgə qaldırıcı avadanlıq və kranların istehsalı təşkil edilə bilər

"Rusiyanın Sverdlovsk vilayətinin Kalinin adına zavodu ilə Azərbaycanda birgə istehsalın yaradılması mümkün ola bilər".

“Report”un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın İqtisadiyyat naziri Şahin Mustafayev bildirib.

Onun sözlərinə görə, ola bilsin ki, Azərbaycanda qaldırıcı avadanlıq və kranların istehsalı təşkil edilsin: "Artıq bu barədə danışıqlar aparılacaq".

Nazir qeyd edib ki, Azərbaycanın aparıcı şirkətləri buna çox böyük maraq göstərirlər: “Bu gün və sabah keçiriləcək görüşlərdə bu müzakirələr aparılacaq”.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Gürcüstanda proporsional seçki sisteminə keçidlə bağlı ictimai müzakirələr keçiriləcək

SONRAKI XƏBƏR

“McDonald's” yeni avtomatlaşdırma texnologiyasını alıb