Hesablama Palatasının əməkdaşı Çində “Asiya Qiymətləndirmə Həftəsi” üzrə tədbirdə iştirak edib

Bakı, 11 sentyabr, AZƏRTAC

Hesablama Palatasının İqtisadi sahələrin auditi şöbəsinin müdiri Azim Abasov Asiya İnkişaf Bankının (AIB) təşkilatçılığı ilə Çinin Kunminq şəhərində “Daha yaxşı nəticələr əldə etmək üçün keyfiyyətin qiymətləndirilməsi yerli, milli və regional perspektivlər mövzusuna həsr olunmuş” 2019-cu il üzrə “Asiya Qiymətləndirmə Həftəsi” tədbirində iştirak edib. Tədbirə 51 ölkədən, beynəlxalq təşkilat və akademiyalardan 200-dən çox iştirakçı və qiymətləndirmə üzrə ekspertlər qatılıb.

Palatanın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, “Asiya Qiymətləndirmə Həftəsi” Çinin Maliyyə Nazirliyinin təşkil etdiyi və AIB-in maliyyəşdirdiyi Asiya və Sakit Okean regionunda qiymətləndirmə üzrə əsas bilik proqramıdır. Tədbirdə Çinin Maliyyə Nazirliyinin, AIB-in, Şanxay Milli Hesablar İnstitutunun, Asiya və Sakit Okean regionu üzrə Maliyyə və İnkişaf İnstitutunun, Beynəlxalq Valyuta Fondunun, Yaponiya Beynəlxalq Əməkdaşlıq Təşkilatının, Dünya Bankının və İslam İnkişaf Bankının rəhbər işçilərinin və ekspertlərin təqdimatları olub, müzakirələr aparılıb. Təqdimatların əsas mövzuları “Fəaliyyətinin səmərəliyinin qiymətləndirilməsi – Milli İdarəetmə Sistemində daha səmərəli idarəetmə potensialının gücləndirilməsi”, “Qeyri-ənənəvi pul siyasətləri üzrə Beynəlxalq Valyuta Fondunun tövsiyələrinin qiymətləndirilməsi”, “Əldə edilmiş biliklərdən nəticələrə: keyfiyyətə dair qiymətləndirilmənin rolu” və “Dünya Bankı Qrupunun regional inteqrasiyanın dəstəkləməsinin qiymətləndirməsində yanaşması”, “Fəaliyyətin təhlili” daha yaxşı nəticələr əldə etmək üçün keyfiyyətin qiymətləndirilməsində Yaponiya Beynəlxalq Əməkdaşlıq Təşkilatının təşəbbüsü, “Vasitəli borc vermə: əldə edilmiş nəticələrinin qiymətləndirilməsi”, “Milli səviyyədə məqsədlərin qiymətləndirilməsi” və “Dövlət büdcəsinin səmərəli idarə edilməsi” olub.

Çinin dövlət büdcəsinin səmərəli idarə edilməsi ilə əlaqədar təqdimatda bu prosesin uğurlu yerinə yetirilməsi üçün Çinin Maliyyə Nazirliyi və Milli Audit Ofisi arasında səmərəli əlaqələrin qurulması və bu işdə onlar tərəfindən yerinə yetirilən funksiyaların bölüşdürülməsi və nəticəyə əsaslanan büdcənin səmərəli idarə edilməsində məlumat mübadiləsinin operativliyinin təmin edilməsi, büdcənin səmərəli idarəedilməsinin və hesabatlığının səviyyəsinin yüksəldilməsi ilə bağlı məsələlər əksini tapıb. Müzakirələr zamanı büdcənin səmərəliliyinin qiymətləndirilməsi üçün vacib şərtlərdən biri kimi nəticə əsaslı və strateji planlara əsaslanan fəaliyyət proqramlarından ibarət olan büdcənin tərtib edilməsinin zəruriliyi vurğulanıb. Bununla yanaşı, büdcənin səmərəliyinin təmin ediməsində, o cümlədən büdcənin gəlir və xərcləri, proqram və layihələrin icrası, habelə dövlət borcları üzərində nəzarətin həyata keçirilməsində və daxili nəzarətin qiymətləndirilməsində auditin yüksək rola malik olduğu bildirilib.

Azertag.az

ƏVVƏLKİ XƏBƏR

Assosiasiya sədri: Azərbaycana bal idxalının qarşısını almaq niyyətindəyik (FOTO)

SONRAKI XƏBƏR

Rektor pedoqoji təcrübə zamanı yaranan problemləri açıqlayıb