Yeni “iPad” planşeti buraxılıb

"Apple" şirkəti yeni "iPad" planşetini təqdim edib.

Yeni "iPad" (2019) modeli 3,5 milyon pikselli 10,2 düymlü böyüdülmüş "Retina" ekranı ilə təchiz olunub. Beləliklə, "Apple" aktual planşetlər sırasında 9,7 düymlük ölçüdən imtina edib. Böyüdülmüş displeylə yanaşı, qurğu ilk dəfə 2016-cı ildə "iPhone 7" və "iPhone 7 Plus" smartfonları ilə birgə təqdim edilən dördnüvəli "A10 Fusion" prosessoruna malikdir.

Bildirilir ki, "iPadOS" əməliyyat sisteminin idarəetməsi ilə işləyən planşet kompüter sisteminin bütün imkanlarını, o cümlədən yeni iş masası, təkmilləşdirilmiş çoxfunksiyalılıq və s. dəstəkləyir.

10,2 düymlük "iPad" planşetinin digər texniki xüsusiyyətləri arasında kənar klaviaturanın qoşulması üçün "Smart Connector", "Apple Pencil" elektron qələm dəstəyi, "Home" düyməsində "Touch ID" barmaq izi skaneri və bir dəfə enerji toplamaqla 10 saatlıq avtonom iş qeyd olunur.

Sentyabrın 30-da satışa çıxarılacaq 10,2 düymlük "iPad" planşetinin "Wi-Fi" dəstəkli 32 giqabaytlıq versiyasının qiyməti 428 dollar, "LTE" dəstəkli modifikasiyasının isə 596 dollar təşkil edəcək. Bundan başqa, 128 giqabaytlıq versiyanın qiyməti müvafiq olaraq 535 (Wi-Fi) və 703 dollara (Wi-Fi LTE) bərabər olacaq.

Olaylar.az

ƏVVƏLKİ XƏBƏR

İnnovativ təkliflərin sənaye sektorunda təşviqi müzakirə olunub

SONRAKI XƏBƏR

"Boltonun işdən çıxarılması Azərbaycanın maraqlarına təsir göstərməyəcək" - Rasim Musabəyov