OPEC Azərbaycanda neft hasilatının azalacağını proqnozlaşdırır

Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) 2019-cu ildə Azərbaycanda gündəlik orta neft hasilatının azalmasını proqnozlaşdırır.

“APA-Economics”in OPEC-ə aylıq hesabatına istinadən verdiyi məlumata görə, OPEC bu ilə ölkədə gündəlik orta neft hasilatı üzrə proqnozu 0,80 mln. bareldən 0,79 mln. barelə endirib.

Qeyd edək ki, proqnoza düzəliş Azərbaycanın Xəzər sektorunda yerləşən “Azəri-Çiraq-Günəşli” neft-qaz yataqlar blokunda bu ilin oktyabr ayında "Qərbi Çıraq" platformasının profilaktik işlərlə əlaqədar dayandırılmasını nəzərə alaraq edilib.

Hesabata əsasən, gələn il üçün Azərbaycanda gündəlik orta neft hasilatı üzrə proqnoz dəyişilməz 0,79 mln. barel səviyyəsində olaraq qalıb.

Apa.az

ƏVVƏLKİ XƏBƏR

Millət vəkili ABŞ-ı ifşa etdi

SONRAKI XƏBƏR

Azərbaycanda dövlәt hesabına mәnzil alanların sayı çoxalıb (ÖZƏL)