Azərbaycanda bank depozitlərində dollarlaşma azalmaqda davam edir

Azərbaycanda bank depozitlərində dollarlaşma azalmaqda davam edir

11 sentyabr, Fineko/abc.az. 2019-cu ilin I yarımilliyində bank depozitlərinin dollarlaşma səviyyəsində azalma meyili davam edib.
Abc.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın Pul Siyasəti İcmalının Yanvar- İyun ayı üzrə statistikasında qeyd olunub. İcmala əsasən, ilin əvvəli ilə müqayisədə milli valyutada müddətli əmanət və depozitlər 11.7%, xarici valyutada isə 3.5% artıb. Həmçinin xarici valyutada əmanət və depozitlərin M3 pul aqreqatında xüsusi çəkisi dövrün əvvəlində 39.1% olduğu halda, dövrün sonuna 37.4%-ə düşüb.

İcmalda o da vurğulanır ki, fiziki şəxslərin əmanətləri üzrə dollarlaşma 2019-cu ilin əvvəlindəki 62.5%-dən I yarımilliyin sonunda 56.5%-ə enib.

Müəllif: Elmir Murad

Mənbə: abc.az