Banklarda depozitlər artıb ya azalıb? – Rəsmi Açıqlama

11 sentyabr, Fineko/abc.az. Manatla pul kütləsinin (M2) strukturunda nağd pul kütləsi, fiziki şəxslərin əmanətləri və hüquqi şəxslərin depozitləri fərqli dinamika nümayiş etdirmişlər.

Abc.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın Pul Siyasəti İcmalının Yanvar- İyun ayı üzrə statistikasında qeyd olunub.

İcmala əsasən, sözügedən dövr ərzində nağd pul kütləsi 10.2% artıb. Hüquqi şəxslərin manatla depozitləri 8% azalsa da, fiziki şəxslər də əskinə olub. Onların manatla əmanətləri 20,9% çoxalıb. Bununla yanaşı I yarımillikdə manatla tələb olunanadək əmanət və depozitlər 4.4%, müddətli əmanət və depozitlər isə 9.1% artıb.

Müəllif: Elmir Murad

Abc.az

ƏVVƏLKİ XƏBƏR

Putinə Bakıdan şanlı məktubu kim və niyə yazmışdı?

SONRAKI XƏBƏR

Cek Ma rokçu oldu - FOTO