Deputat: 2020-ci ilin dövlət büdcəsində sosial layihələrə üstünlük veriləcək

2020-ci ilin dövlət büdcə layihəsi hökumətə təqdim edilib. Biz isə rəqəmlərlə tanış deyilik. Hökumətdən sonra Cənab Prezident büdcə layihəsinə baxacaq və sənəd Milli Məclisə təqdim ediləcək.

Bunu Oxu.Az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov deyib.

Deputatın proqnozuna görə, Azərbaycanın 2020-ci il dövlət büdcəsində sosial layihələrə daha çox üstünlük veriləcək.

“Maaşlar, pensiyalar, müavinətlər yenə diqqət mərkəzində olacaq”, - deyə V.Əhmədov əlavə edib.

Onun fikrincə, gələn ilin büdcəsi investisiyayönümlü olmalıdır ki, ümumi daxili məhsulun artımı baş versin.

“Büdcə investisiyayönümlü olarsa, qeyri-neft sektoru daha da inkişaf edər”.

Xatırladaq ki, Maliyyə Nazirliyinin Kollegiyası 2020-ci il dövlət büdcəsinin və icmal büdcənin layihələrinin Nazirlər Kabinetinə təqdim olunmasına dair qərar qəbul edib.

Aqşin Kərimov

Oxu.az

ƏVVƏLKİ XƏBƏR

Azarkeş Ronaldu ilə şəkil çəkdirmək üçün diz çöküb - VİDEO

SONRAKI XƏBƏR

“Aqrarkredit” “Atəşgah Həyat”ı – MƏHKƏMƏYƏ VERDİ