Azərbaycanda bu il sahibkarlara verilmiş güzəştli kreditlərin məbləği 100 milyon manatı keçib

Bu ilin əvvəlindən Azərbaycanda dövründə investisiya dəyəri 400,4 milyon manat olan 774 investisiya layihəsinin maliyyələşdirilməsinə 101,4 milyon manat güzəştli kredit verilib.

“Report” xəbər verir ki, bu barədə iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov məlumat verib.

Onun sözlərinə görə, bu kreditlərdən yararlanmaqla investisiya layihələrinin reallaşdırılması 3 400-dən çox yeni iş yerinin açılmasına imkan yaradır.

Güzəştli kreditlərin 96,3%-i kiçik və orta həcmli kreditlər olmaqla, kiçik və orta biznes layihələrinin maliyyələşdirilməsinə yönəldilib.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Azərbaycan futbolunda yeni ittifaq - Nazim Süleymanov sədr oldu

SONRAKI XƏBƏR

ABŞ-da yük təyyarəsi qəzaya uğradı