Nazirdən yeni təyinatlar

İsmayıllı Dövlət Aqrar İnkişaf Mərkəzində kadr təyinatları olub.

Qaynarinfo report-a istinadən xəbər verir ki, bununla bağlı Kənd Təsərrüfatı naziri İnam Kərimov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Rövşən Gülməmməd oğlu Yəhyayev İsmayıllı Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru təyin edilib.

Nazirin imzaladığı digər əmrlə Qinyaz Eyvaz oğlu Əkbərov İsmayıllı Dövlət Aqrar İnkişaf Mərkəzinin direktor müavini-Maliyyə təsərrüfat sektorunun müdiri vəzifəsinə təyin olunub.

Qeyd edək ki, Həsən Həsənov bu günlərdə İsmayıllı Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru vəzifəsindən azad olunub. 

Qaynarinfo.az

ƏVVƏLKİ XƏBƏR

“National Interest”: Rusiya HHQ məhz buna görə hər zamankından daha təhlükəlidir

SONRAKI XƏBƏR

Ardadan həbs qərarına reaksiya: "Günahkar deyiləm, böhtandır"