Medvedev: Öz pendirimiz də pis deyil

Bakı. Trend:

Rusiya artıq pendir istehsalına başlayıb və heç də pis deyil.

Trend-in məlumatına görə, bunu Rusiyanın Baş naziri Dmitri Medvedev “Rossiya 24” telekanalının canlı yayımında deyib.

D.Medvedev Fransa pendirlərinin Rusiya mağazalarında peyda olub-olmayacağı barədə suala cavab verərkən Rusiya istehsalı olan pendirləri tərifləyib.

Nazir əlavə edib ki, Rusiya pendirləri həm yerli, həm də Avropa reseptləri ilə hazırlanır.

Trend.az

ƏVVƏLKİ XƏBƏR

UNEC-in rektoru canlı yayımda sualları cavablandıracaq

SONRAKI XƏBƏR

Qarabağın yunan qaçqınları: “Sirli Sürəyya”, Sibirdən qayıdan Yannis, 2 nəfərə qalan kənd... – Səbuhi Sədəf yazır – I YAZI