Yekaterinburqda mərkəz yaradılacaq - Rusiyaya meyvə-tərəvəz ixracı 1 milyon tona çatdırılacaq

Yekaterinburqda  mərkəz yaradılacaq - Rusiyaya meyvə-tərəvəz ixracı 1 milyon tona çatdırılacaq

İqtisadiyyat naziri Şahin Mustafayev qeyd etdi ki, ötən il Sverdlovsk vilayəti ilə Azərbaycan arasında ticarət dövriyyəsi 2 dəfə artaraq 95 milyon dollara çatıb.

ATV.az xəbər verir ki, son 7 ayda həmçinin Rusiya Federasiyası ilə ticarət dövriyyəsi isə 23% artıb. Bundan başqa Azərbaycan Yekaterinburq şəhərində böyük logistik mərkəz yaratmağı nəzərdə tutur. Çünki mövcud potensial ölkəmizdən Rusiyaya meyvə tərəvəz ixracını 2 dəfə artırmağa imkan verir. Təkcə ötən il Rusiyaya 555 min ton meyvə-tərəvəz ixrac edilib. İndi isə bu rəqəmi 1 milyon tona çatdırmaq mümkündür.

Qeyd edək ki, görüşdə həmçinin İqtisadiyyat nazirliyi, Bakı Dövlət və Xarici Dillər Universitetiləri ilə Sverdlovsk vilayəti arasında qarşılıqlı əməkdaşlığa dair sənədlər imzalanıb.

ATV.az

Mənbə: www.atv.az