Bakıda kran istehsal edilə bilər - Rusiya ilə danışıqlar aparılır

Bakıda kran istehsal edilə bilər - Rusiya ilə danışıqlar aparılır

Azərbaycanda Rusiyanın Sverdlovsk vilayətinin Kalinin adına zavodu ilə birgə istehsal həyata keçirilə bilər.

ATV.az xəbər verir ki, bu barədə İqtisadiyyat naziri Şahin Mustafayev bildirdi. Rusiya Federasiyasının Sverdlovsk vilayətinin qubernatoru Yevgeni Kuyvaşevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdən sonra jurnalistlərin suallarını cavablandıran nazir əlavə etdi ki, ölkəmizdə qaldırıcı avadanlıq və kran istehsalının təşkili ilə bağlı sözügedən zavodla danışıqlar aparılacaq.

Şahin Mustafayev, İqtisadiyyat naziri: “Əməkdaşlığımız həm də maşınqayırma sahəsində mövcuddur. Biz indi müzakirə etdik mümkündür ki, Azərbaycanda Sverdlovsk vilayətinin şirkəti ilə Kalinin zavodda birgə istehsal yaradılsın, kran istehsalı təşkil olunsun. Bununla bağlı danışıqlar aparacağıq. Bizim aparıcı şirkətlər çox böyük maraq göstərirlər. Bugün-sabah görüşlərdə müzakirələr aparılacaqdır”.

ATV.az

Mənbə: www.atv.az