“SOCAR Enerqoresurs” Antipin NEZ-in alışına dair danışıqları davam etdirir

“SOCAR Enerqoresurs” Antipin NEZ-in alışına dair danışıqları davam etdirir

“SOCAR Enerqoresurs” şirkəti Antipin NEZ-in (Tümen) alışına dair danışıqları davam etdirir. Bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazov məlumat verir.

“Orada proses gedir, danışıqlar aparılır: suallar, cavablar, dəqiqləşdirmələr. Yəni, bu prossdir. Baxarıq”, - nazir bildirib.

"Hər şərtlərlə Azərbaycan şirkəti zavodda pay almağa hazır olacaq?" sualına cavabında nazir bildirib: “Bilirsiniz, hazırda, düzünü desək, burada Rusiya Federasiyası ilə bütün bu şərtləri, bizim enerji sektorunda məsələlərin geniş spektrini müzakirə etmək imkanı yoxdur”.

“Bizdə qeyri-kommersiya layihələri olmur, çünki hamısı kommersiya layihələridir”, - Şahbazov Azərbaycan tərəfi üçün bu NEZ-in kommersiya nöqteyi-nəzərindən nə ilə cəlbedici olması sualına cavabında vurğulayıb.

© İnterfaks-Azərbaycan

Mənbə: marja.az