UNEC mentorluq fəaliyyətində xarici təcrübəni tətbiq edəcək

Bakı, 11 sentyabr, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) əməkdaşları xarici universitetlərin mentorluq fəaliyyətinin təşkili təcrübəsini öyrənmək məqsədilə Türkiyə universitetlərinə ezam olunub.

UNEC-dən AZƏRTAC-a bildirilib ki, Türkiyənin Ankara şəhərində yerləşən Hacı Bayram Vəli Universitetinə ezam olunan universitetin mentorları səfərdən öncə rektor, professor Ədalət Muradovla görüşüblər.

Rektor tələbələr üçün daha keyfiyyətli akademik məsləhət xidmətinin təşkili məqsədilə yaradılan mentorluq xidmətinin əhəmiyyətini vurğulayaraq, onların peşəkarlıq səviyyələrinin davamlı olaraq artırılmasının vacibliyini bildirib. Bu istiqamətdə xarici universitetlərin təcrübəsinin öyrənilməsinin faydalı olacağını diqqətə çatdırıb.

Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.

Azertag.az

ƏVVƏLKİ XƏBƏR

Qahirədə mikroavtobus körpüdən aşıb, azı 8 nəfər ölüb

SONRAKI XƏBƏR

Ana bişirdiyi pomidor-yumurtanı oğlu bəyənmədiyinə görə özünü eyvandan atdı