FERMERLƏR DANIŞIR: “Pambıqçılıq kənd təsərrüfatının ən əməktutumlu və ən gəlirli sahəsidir” - VİDEO

"Özünü azad sözün carçısı kimi qələmə verməyə çalışan bəzi media orqanları pambıqçılığı rentabelli olmayan, insan əməyinin istismar edildiyi sahə kimi qələmə verməyə çalışırlar. Xatırlatmaq istəyirəm ki, pambıqçılıq Azərbaycanda kənd təsərrüfatının ən əməktutumlu və ən gəlirli sahəsi hesab olunur".
TV7.az xəbər verir ki, bu fikirləri Kənd Təsərrüfatı Nazirliyinin ictimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov səsləndirib. O, bildirib ki, dövlət emal müəssisələrinə təhvil verilən pambığın hər tonuna görə fermerə 100 manat subsidiya ödəyir, bundan başqa hər hektar pambıq əkinində istifadə olunan gübrə və pestisidlər şəklində fermerlərə əlavə 200 manat subsidiya verilir:
"Yəni, fermer hər hektardan orta hesabla 30 sentner məhsul götürürsə, dövlətdən 500 manat subsidiya alır. Pambıq əkinindən çoxlu gəlir götürən çoxsaylı fermerlər var. Həmin media qurumları pambıqçılıqla bağlı real vəziyyəti ortaya qoymaq istəyirsə, dırnaqarası "aqrar ekspertlərdən" deyil, əsl fermerlərdən müsahibə götürsünlər".
Belə fermerlərdən bir neçəsinin fikirlərini sizlətə təqdim edirik. Fermerlərin fikirləri ilə aşağıdakı linkdən tanış ola bilərsiniz:

 

7news.az

ƏVVƏLKİ XƏBƏR

Sumqayıtın ən qocaman poladəridəni: əmək bahadırı İzzət Yusifov

SONRAKI XƏBƏR

Bir sıra ictimai obyektlərin əməkdaşlarına yanğın təhlükəsizliyi qaydaları haqqında məlumat verilib