3 otaqlı mənzillər aylıq 284 manatdan satışda – 570 MƏNZİL

Mənzil İnşaatı Dövlət Agentliyi Yasamal Yaşayış Kompleksindəki mənzillərin növbəti güzəştli satışına start verib.

 

“Marja” xəbər verir ki, satışa 570 mənzil çıxırılıb. Satış 16 Oktyabrda başlayıb 30 Oktyabrda başa çatacaq.

 

Mənzil İnşaatı Dövlət Agentliyi sərəncamında olan mənzillərin əldə edilməsi “Elektron hökumət portalı” (www.e-gov.az) üzərindən “Güzəştli mənzil” sistemi vasitəsilə həyata keçirilir. Yalnız “Güzəştli mənzil” sistemində elektron kabinetə malik olan vətəndaşlar mənzil almaq hüququna malikdirlər.

1 otaqlı mənzilin qiyməti 29 min 925 manatdan, 2 otaqlı mənzilin qiyməti 47 min 652 manatdan, 3 otaqlı mənzilin qiyməti isə 65 min 997 manatdan başlayır.

 

Mənzillər 10% ilikin ödənişi və 4% illik faiz dərəcəsi olan 30 ilədək ipoteka ilə təklif olunur. Aylıq ödəniş 1 otaqlı mənzillər üçün 129-136 manat, 2 otaqlı mənzillər üçün 205-236 manat, 3 otaqlı mənzillər üçün isə 284 – 288 manat təşkil edir.

 

Mənzili nağd alanlara 10% endirim edilir.

Marja.az

ƏVVƏLKİ XƏBƏR

Bu il 124 nəfər dərmandan zəhərlənib, 96 nəfərdə dərmanın əlavə təsirləri yaranıb (ÖZƏL)

SONRAKI XƏBƏR

Müsəlman xanım İsrail klinikasını  hicaba nifrətə görə yüksək məbləğdə cərimə etdirdi...