Avropa bank sistemi böhranla üzləşə bilər

Avropa bank sistemi böhranla üzləşə bilər

Avropa mərkəzi bankı bu günki iclasında əmanət dərəcəsini mənfi 0,5 faizə endirməyi planlaşdırır.

"Lenta.ru" bildirir ki, bu bank sisteminə ağır zərbə ola bilər.

Mərkəzi bank Avropa iqtisadiyyatını stimullaşdırmaq üçün 2014-cü ildən etibarən əmanət dərəcəsinin aşağı salınması praktikasını həyata keçirir. Bununla requlator bankları iqtisadiyyata sərmayə qoymağa məcbur edir.

Bu siyasət banklara küllü miqdarda ziyan vurur. "Deutsche Bank"dan bildiriblər ki, bunun nəticəsində 2019-cu ildə bank 100 milyonlarla avro itirəcək. Ümumiyyətlə isə banklara 2014-cü ildən 23 milyard avro ziyan dəyib.

Mənbə: www.oxu.az