Gürcüstanın hava limanlarında sərnişindaşıma 11% azalıb

Ötən ay Gürcüstanın Tbilisi, Batumi, Kutaisi, Mestia və Ambrolauri hava limanları 583 104 sərnişinə xidmət göstərib.
"Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Hava Limanları Birliyi məlumat yayıb.

İllik müqayisədə qonşu ölkənin aeroportlarında sərnişinlərin sayında 11% azalma qeydə alınıb.

Yanvar-avqust aylarında isə Gürcüstanın 5 hava limanında 3 640 823 sərnişinə xidmət göstərilib. Bu da ötən ilin eyni göstəricisindən 8% çoxdur.

Sərnişin axınında azalmaya səbəb iyulun 8-dən etibarən Rusiyanın Gürcüstana birbaşa aviauçuşları dayandırmasıdır.

Aktual.az

Aktual.az

ƏVVƏLKİ XƏBƏR

Ağ Evin yaxınlığında sirli casus qurğuları –İSRAİL KƏŞFİYYATI TRAMPI İZLƏYİRMİŞ

SONRAKI XƏBƏR

Özbək muğamı Bakıda